Paşinyan Səudiyyə Ərəbistanı ilə diplomatik əlaqələr quracağına ümid edir
Ermənistanın baş naziri Nikol Paşinyan yaxın vaxtlarda Səudiyyə Ərəbistanı ilə diplomatik münasibətlərin qurulmasının mümkün olacağına ümidini ifadə edib. SİA xəbər verir ki, Nikol Paşinyan son illərdə Ermənistanın Səudiyyə Ərəbistanı ilə təmaslar qurduğunu və iki ölkənin xarici işlər nazirlərinin iki dəfə görüşdüyünü qeyd edib.
“Proses irəliləyir. Ümid edirəm ki, yaxın gələcəkdə Ermənistan və Səudiyyə Ərəbistanı arasında rəsmi diplomatik əlaqələr qurulacaq”, - deyə o bildirib.
Nikol Paşinyanın fikrincə, Azərbaycanla sülh sazişinin imzalanması Ermənistana Pakistanla da diplomatik münasibətlər qurmağa kömək edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB