"Black Friday" 1961-ci ildən bu günə qədər olan müddətdə icra edilən endirim günüdür. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu gün rəsmi tətil günü hesab olunmur.
ABŞ-da Şükran Günündən sonra gələn cümə gününə deyilir. "Black Friday" günü mağazalar çox erkən açılır və gec bağlanır. Sezon malları daxil olmaqla bir çox məhsulda gözlənilməz dərəcədə endirimli satışlar edilir.
Kanada və İngiltərədə "Black Friday" günü var və burada "Amazon" kimi internet üzərindən iş edən müxtəlif şirkətlər də endirimli satışlar edir. Son yeddi il içində bu gündə endirim edən şirkətlərin mənfəətləri davamlı şəkildə artıb. Bu səbəblə fərqli ölkələrdə də son illərdə internet üzərindən satışda "Black Friday" endirimi tətbiq edilir. Bu Türkiyədə də son zamanlarda tez-tez eşidilir.
Bu alış-veriş günündən tarixdə ilk dəfə 1961-ci ildə qəzetlərdə "Black Friday" olaraq bəhs edilmişdir. Bu ad Filadelfiyada alış-verişlə əlaqədar əmələ gələn sıxlıq və çətinliklər səbəbi ilə verilmişdir. Belə ki, satışda mənfəəti artırmaqla yanaşı "Black Friday" şiddəti də özü ilə gətirdi. Yəni, alış-veriş sıxlığı ilə əlaqədar qəza sayını da artırıb. Alış-verişdə istifadə edilən arabalar müştərilərə ya da işçilərə dəyib yaralanmalara səbəb olmuşdur. Başqa bir hadisədə isə mağazanın səhər saat beşdəki açılışını gözləyən müştərilər qapılar açılan kimi içəri girib həm qapını qırır, həm də 34 yaşındakı bir işçini əzib ölümünə səbəb olurlar. Buna oxşar bir çox mənfi hadisənin olmasına rəğmən hələ də ABŞ-da "Black Friday" günü çox məşhurdur.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB