Kamin başında yanaraq can verdi

Türkiyədə bir kişi kamin başında yataraq çıxan yanğında həyatını itirib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Kayseridə dostları ilə birlikdə kamin başında içki içən 56 yaşındakı Mehmet Haskara kamin başında yatıb qalıb. Gecə kamindən sıçrayan atəşdən çıxan yanğında Haskara dəhşətli şəkildə can verib.

Kamin başında şəkillər çəkdirən kişi dostuna yatacağını deyərək ədyal istəyib. Bir müddət sonra Mehmet Haskara yatıb. Daha sonra gecə kamindən sıçrayan alov Haskaranın üstündəki ədyalı alışdırıb. Çıxan yanğında Mehmet Haskara dəhşətli şəkildə yanaraq can verib.

Bundan sonra isə hadisə yerinə cəlb edilən yanğınsöndürənlər bağ evində baş verən yanğını söndürüb. Mehmet Haskaranın cəsədi yoxlama üçün Kayseri Dövlət xəstəxanası morquna aparılıb. Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə