Rəfah Sərhəd Qapısının Qəzza tərəfindəki mənbələr yanacaq axınının başladığını təsdiqləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, sözügedən yardım maşınlarının mətbəx balonlarında istifadə olunacaq yanacaq və qaz daşıdığı qeyd edilib. İsrail Qəzza zolağına yanacağın girişini əngəllədiyi zaman bir çox xəstəxanaların işıqsız qaldıqları, təcili yardım maşınlarının işləmədiyi, həkimlərin cib telefonu işıqları ilə cərrahi əməliyyatlar apardığı müəyyən edilib.
Qeyd edək ki, Qəzzada qarşıdurmanın ilk həftəsində bölgədəki yeganə elektrik stansiyası yanacaq çatışmazlığı səbəbindən elektrik enerjisi istehsalını dayandırıb. Daha sonra xəstəxanalar, telekommunikasiya şirkətləri, sağlamlıq mərkəzləri, evlər və quyulardan suyun çıxarılması üçün istifadə olunan generatorları işə salmaq üçün lazım olan yanacaq tükənib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB