Evdə doğuş edən gənc qadın və uşağı ölü tapılıb - DƏHŞƏTLİ HADİSƏ
Türkiyədə evdə doğuş edən gənc qadın və uşağı ölü tapılıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Konyada ailəsindən ayrı dostlarıyla birlikdə yaşayan 32 yaşındakı qadın evdə uşaq dünyaya gətirərkən uşağı ilə birlikdə həyatını itirib. Hadisə axşam saatlarında mərkəz Səlcuqlu rayonu Bosna Hersek məhəlləsi Mesaj küçəsində baş verib.
Əldə edilən məlumatlara görə, qadından xəbər ala bilməyən dostları bunu polisə bildirib. Nəticədə hadisə yerinə polis və tibb işçiləri cəlb edilib. Polislər tərəfindən qapının açılması ilə H.A. və yeni doğulan uşağı hərəkətsiz olaraq ayrı otaqlarda tapılıb.
Tibb işçilərinin etdiyi müayinə sonrası ana və uşağın həyatını itirdiyi bildirilib. Polislərin hadisə yerindəki yoxlamasının sonunda H.A. və uşağı yoxlanış üçün Konya şəhər xəstəxanası morquna göndərilib. Ana və uşağın ölüm səbəbi müayinə sonrası dəqiqləşəcək.
Bildirək ki, hadisə ilə bağlı istintaq başladılıb.
Söylü Ağazadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB