İrlandiyanın paytaxtı Dublində bıçaqlı şəxs 3-ü uşaq olmaqla, ümumilikdə 5 nəfər yaralayıb. SİA İrlandiya mətbuatına istinadla xəbər verir ki, hadisə Dublinin Parnell meydanında baş verib.
Paytaxt polisindən verilən məlumata görə, xəsarət alan uşaqlardan birinin vəziyyəti ağırdır.
Təcavüzkarın polis tərəfindən nəzarətə alındığı bildirilsə də, hadisənin baş vermə səbəbinin hələlik məlum olmadığı deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə