Yunanıstanın iri daşıyıcıları ABŞ sanksiyalarından ehtiyat edərək Rusiya ilə işləməkdən imtina ediblər. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bu, ABŞ-ın Rusiya neftinin qiymət tavanına nəzarəti gücləndirməsindən sonra baş verib,
Beləliklə, üç şirkət Rusiya neftini nəql etməkdən imtina edib: “Minerva Marine”, “Thenamaris” və “TMS Tankers”. ...Əvvəllər bu şirkətlər müharibənin sponsorları siyahısında idilərsə, indi onların oradakı statusları dayandırılıb.
Verilən məlumata görə, Yunan daşıyıcıları noyabr ayından etibarən Rusiya neftinin nəqli tələblərini rədd ediblər.
İddialara görə, hadisələrin bu inkişafı Rusiyaya ağır zərbədir. Bu, Rusiya neftini Asiya, Türkiyə, Yaxın Şərq, Afrika və Cənubi Amerikadakı istehlakçılara nəql etmək istəyən gəmiçilik şirkətlərinin sayını azaldır. Baxmayaraq ki, treyderlər Moskvada hələ də kifayət qədər yükdaşıma şirkətlərinin olduğunu deyirlər.
Bununla belə, treyderlərdən birinin sözlərinə görə, üç yunan şirkətinin 100-ə yaxın tankeri var. Onların imtinası Rusiya üçün problemlər yarada bilər.
Yenə də deyilənlərə görə, kölgə donanması bütün Rusiya neftini daşımaq üçün kifayət etməyə bilər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB