"Anklavda atəşkəs pozularsa, dərhal hərbi əməliyyatları bərpa edəcək"
Qəzza zolağında qarşıdan gələn atəşkəs qısamüddətli olacaq, İsrail ordusu döyüşləri davam etdirəcək və hərbi əməliyyat ən azı iki ay davam edəcək.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu İsrailin müdafiə naziri Yoav Qalant deyib.
Qəzza zolağında İsrail ordusu ilə HƏMAS qüvvələri arasında atəşkəs noyabrın 24-də cümə günü yerli vaxtla saat 07:00-da (Moskva vaxtı ilə 08:00) başlayacaq.
Gözlənilir ki, Qətər hərbi əməliyyatların dayandırılması zamanı Fələstin hərəkatı tərəfindən azad edilən girovların gündəlik siyahılarını alacaq.
...Eyni zamanda anklavda atəşkəs pozularsa, İsrail Qəzza zolağında dərhal hərbi əməliyyatları bərpa edəcək.
Bunu isə baş nazir Benyamin Netanyahu xəbərdarlıq edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB