Ruslar xarici agentlərin materiallarını yaysalar cərimələnəcəklər

Ruslar xarici agentlərin materiallarını yaysalar cərimələnəcəklər

Rusiyalılar xarici agentlərin materiallarını etiketləmədən yaydıqlarına görə cərimələnəcəklər. Cərimə məbləği 500 min rubla qədər ola bilər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Rusiya ədliyyə nazirinin müavini Oleq Sviridenko “Derjavin oxumaları” beynəlxalq elmi-praktik konfransında bildirib.

“...Bunlar qəsdən və ya bilməyərəkdən xarici agentlərə kömək edən və ya bir şəkildə dəstəkləyən adi insanlardır”.

Bunu Sviridenko bildirib.

Amma bir insanı cərimə etməzdən əvvəl ilk növbədə ona xəbərdarlıq ediləcək. Cavab yoxdursa, o zaman cərimə yazılacaq.

Nəinki sadə vətəndaşlar, hətta kitabxanalar, universitetlər və televiziyalar da etiketin olmaması səbəbindən pul ödəməyə məcbur edilə bilər. Cərimələrlə bağlı tənzimləmə noyabrın sonundan qüvvəyə minəcək.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə