“Şərqi Aralıq dənizi-2023 Dəvət Təlimi”

“Şərqi Aralıq dənizi-2023 Dəvət Təlimi”

“Şərqi Aralıq dənizi-2023 Dəvət Təlimi” Türkiyənin Antalya şəhərinin Konyaaltı səmti sahillərində keçirilir.
Hərbi Dəniz Qüvvələri Komandanı admiral Ərcüment Tatlıoğlu, iştirakçı və müşahidəçi ölkə nümayəndələri və jurnalistlər təlimin bu günkü hissəsini Türkiyə Silahlı Qüvvələrinin ən böyük döyüş gəmisi olan və milli imkanlarla istehsal olunan TCG Anadolu gəmisindən izləyib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, təlim noyabrın 25-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə