İraqın baş naziri Alparslan Bayraktarı qəbul edib

"Türkiyəyə neft ixracının yenidən başlaması üçün həll yolu tapmağa hazırıq"
İraqın baş naziri Alparslan Bayraktarı qəbul edib

İraqın baş naziri Məhəmməd əl-Sudani Türkiyəyə neft ixracının yenidən başlaması üçün həll yolu tapmağa hazır olduqlarını bildirib. SİA bu barədə Tükiyə saytlarına istinad edir.

İraqın baş naziri ölkəsinə səfər edən Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktarı qəbul edib.

Sudani görüşdə ölkəsindən Türkiyəyə neft ixracının yenidən başlaması üçün həll yolu tapmağa hazır olduqlarını bildirib.

Nazir Bayraktar İraqın təkcə Türkiyə üçün deyil, başda enerji sahəsində də bütün Avropa üçün əhəmiyyətli bir ölkə olduğunu bildirib.

Bayraktar Bağdada səfəri çərçivəsində İraqın neft naziri Hayyan Əbdülqəni ilə heyətlərarası görüş keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə