…Söhbət Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsdən gedir.
Məhdudiyyətli siyahılara daxil edilənlər arasında “Yandex” Korporativ İnkişaf üzrə müşaviri Aleksey Kudrin və “Rusnano”-nun keçmiş rəhbəri Anatoli Çubays da var.
SİA-nın əldə etdiyi məlumata görə, sənədlər Vladimir Zelenskinin ofisinin saytında dərc edilib.
Siyahıda Krasnoyarsk diyarının qubernatoru Aleksandr Ussanın oğlu Artyom, Malayziya Hava Yollarına məxsus MH17 reysinin qəzaya uğramasında təqsirləndirilən TASS-ın baş direktoru Andrey Kondraşov, Mərkəzin qoşunlar qrupunun komandiri, general-leytenant Andrey Mordviçev də var.
Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, RF Silahlı Qüvvələri Baş Qərargahının Baş Təşkilat və Səfərbərlik İdarəsinin rəisi Yevgeni Burdinski, DXR və LPR ombudsmanları Daria Morozova və Viktoriya Serdyukova da yer alıblar.
Verilən məlumatlara görə, rusiyalılarla yanaşı, Ukrayna, Rumıniya, Kipr, Böyük Britaniya, Özbəkistan, Lixtenşteyn, Avstriya, İsveçrə və Belarus vətəndaşları da sanksiyalara məruz qalıblar.
Xatırladaq ki, Kiyev sonuncu dəfə məhdudiyyət siyahılarını noyabrın 18-də genişləndirmişdi.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB