Medvedevdən yeni təşəbbüs...

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bu dəfə yeni təşəbbüslə çıxış edib. Belə ki, o, ucuz dronların kütləvi istehsalını qurmağın vacibliyini bildirib.

Onun sözlərinə görə, onların effektivliyini heç kimin gözləmədiyi xüsusi hərbi əməliyyat zamanı döyüşlər göstərib. Pilotsuz sistemlərə xüsusi hərbi əməliyyatın başlanğıcından xüsusilə tələbat olub. Yəqin ki, düzünü desək, bunu heç gözləmirdik.

Hərbi əməliyyatların gedişi göstərdiyi kimi, ucuz pilotsuz təyyarələr indi daha çox taktiki səviyyədə və böyük miqdarda istifadə olunur. Əvvəlki dövrdə ölkəmizdə onların kütləvi istehsalı olmayıb və buna görə də qarşıya ən qısa müddətdə belə istehsalın yaradılması vəzifəsi qoyulub

Yeri gəlmişkən, SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu gün ruslar Ukraynada daha çox “Kub” və “Lancet” pilotsuz təyyarələrindən istifadə edirlər.

Ehtiyatda olan polkovnik Yuri Knutovun sözlərinə görə, Rusiyanın “Lancet”i xüsusi hərbi əməliyyat zonasında ən manevrli və güclü pilotsuz uçuş aparatıdır.

Qeyd edək ki, pilotsuz təyyarənin uçuş məsafəsi 70 kilometrdir. Texniki xüsusiyyətləri sayəsində cihaz uzun müddət havada qalmağa və düşmənin istənilən texnikasını məhv etməyə qadirdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə