515 qram körpə 98 gün sonra xilas edildi

515 qram körpə 98 gün sonra xilas edildi

Türkiyədə 515 qram ağırlığında doğulan Əlif adlı uşaq 98 günlük müalicə sonrası xilas edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Əlif hamiləliyin 26-cı həftəsində və 26 sm boyunda dünyaya gəlib.

Əlifin yolunu gözləyən ailələr üçün bir ümid olduğunu söyləyən türk həkim Esra Beşer bunları deyib: "Xəstəxanadan göndərdiyimiz ən kiçik körpə 650 qram ağırlığında olub. Lakin Əlif ilə xəstəxanamızda bir yenilik yaşadıq. Biz onunla rekord qırdıq. 515 qram olan bir körpəni sağlam şəkildə ailəsinə qovuşdura bildik".

Təxminən 4 ay öncə yaşadığı sağlamlıq şikayətləri səbəbi ilə xəstəxanaya gedən hamilə Makbule Çəlikə (30) yüksək təzyiq və protein əksikliyi diaqnozu qoyulub. Çelikin uşağı məcburyyət gərəyi hamiləliyin 26-cı həftəsində keysəriyyə əməliyyati ilə alındı. O, 515 qram ağırlığında, 26 sm boyunda dünyaya gələn uşağa ailə Əlif adını qoyub.

Əlif reanimasiya şöbəsində həkim Esra Beşer və komandasının müşahidəsində 98 gün müalicə aldı. Bu müddətdə 2 kilo 375 qram olubsağlamlığına qovuşan qızını qucağına alan Makbule Çəlik onun üçün həyatda bundan böyük xoşbəxtliyin olmayacağını dedi. Çəlik "Mənim qucağıma ala, öpüb oxşaya bilmədiyim qızıma tibb bacıları və həkimlər o qədər yaxşı baxdı ki, Allah da onu mənə bağışladı. Həkim və onun komandasına çox təşəkkür edirəm, böyük əmək verdilər. Uşağım 98 gün bu xəstəxanada yatdı. Mən belə olacağına heç inanmamışdım. Amma indi yaxşıdır, kilosu 2 kilo 375 qram, boyu isə 41 sm olub. Qızıma yaxşı nəzarət edilir" dedi.

Həkim Esra Beşer sözlərinə bunları da əlavə edib: "Ağrı doğum sayı ən yüksək ilk 3 vilayətimizdən biridir. Hazırda Türkiyədə min qramdan az çəki ilə yaşayan uşaq sayı getdikcə artmaqdadır. Ancaq 550 qram altında yaşayan uşaq sayı çox azdır. Klinikamızda 26-cı həftəsində anasında protein çatışmazlığı və yüksək təzyiq səbəbi ilə 515 qram ağırlığındakı Əlifi qarşıladıq. Onu 98 gün boyunca xəstəxanamızda qonaq etdik. Tibb bacılarının dəstəyi ilə Əlifə çox yaxşı baxdıq. Təxminən 40 gün boyunca tənəffüs aparatına bağlı qaldı. 40 günün sonunda onu aparatdan ayırdıq. Proses müddətində elə bir problem yaşamadıq. Lakin Elifə göziçi inyeksiyası (dəri altına iynə ilə dərman yeritmə) oldu. Bu səbəblə həkimimiz Özkan Önal bəy tərəfindən göziçi inyeksiyası uğurlu şəkildə tətbiq edildi. Elif indi 98-ci günündədir. 40-cı həftəsində xəstəxanadan çıxışını verdik. Öz yaşıdlarına görə boy və kilosu çox yaxşıdır".

Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə