Deyirsiniz qorxur, yəni o boyda metropolit də qorxar?

Deyirsiniz qorxur, yəni o boyda metropolit də qorxar?

...Nə isə, bu günlərdə “Putinin etirafçısı” kimi tanınan “Simferopol və Krımın metropoliti” Tixon Şevkunov yarımadada “işlə təmin” olunduqdan sonra ilk dəfə olaraq mühafizəyə ehtiyacı olduğunu bildirib. Dediyinə görə, buna səbəb onun aldığı təhdidlərdir.

Əvvəla qeyd edək ki, Tixon Şevkunovu ilk dəfə 2013-cü ildə “Financial Times” qəzeti “Putinin etirafçısı” kimi təqdim edib.

Və belə görünür ki, bu, Tixonun lap “ürəyindən olub”..?

Yenə də nə isə...bu günlərdə mətbuata danışan metropolit, həyatında ilk dəfə olaraq “teloxranitel”ə ehtiyac duyduğunu etiraf edib. Deyirsiniz qorxur, yəni o boyda metropolit də qorxar?

Onun dediyinə görə, yarımadaya köçdükdən sonra bir neçə gün tam sərbəst olub. Amma sonradan birdən-birə bəzi çətinliklər yaranıb. Tixon hansı çətinliklərin yarandığını deməsə də, amma “teloxranitel”ə ehtiyacı olduğunu da gizlətməyib.

Xatırladaq ki, oktyabrda Pskov və Porxov Rus Pravoslav Kilsələrinin mitropoliti Tixon Şevkunov Pskov metropolunun rəhbəri vəzifəsindən azad edilərək “Rus Pravoslav Kilsəsinin Krım metropolisi”nin rəhbəri təyin edilib. Beləliklə, Tixon Şevkunov “Simferopol və Krımın metropoliti” olub.

Yeri gəlmişkən, mediada ən çox “Putinin etirafçısı” kimi xatırlanan Tixon Şevkunov 1990-cı illərin ikinci yarısından bəri Rus Pravoslav Kilsəsinin ən nüfuzlu simalarından biri olub.

Onu da xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı hücuma başlaması ilə Tixon Rus Pravoslav Kilsəsinin ən yüksək eşelonlarında Putini qeyd-şərtsiz dəstəkləyən ilklərdən biri olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə