Şahidin dediyinə görə, “vızıltı və fışıltı”dan sonra partlayışlar olub...
Rusiyanın Moskva vilayətinin Litkarino şəhərinin Leninski rayonunun Molokovo kəndində gecə saatlarında partlayış səsləri eşidilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, partlayışdan sonra bir neçə yaşayış məntəqəsi işıqsız, susuz və rabitəsiz qalıb.
İlkin məlumata görə, hadisəyə səbəb “yerli elektrik yarımstansiyasında yaranan qısaqapanma” olub.
Lakin...
“Shot” Telegram kanalının məlumatına görə, Moskva vaxtı ilə təxminən saat 01:00-da, Moskva yaxınlığındakı Lytkarino üzərindəki səmada parlaq bir parıltı görünüb və elektrik cərəyanından fit, vızıltı və ultrasəs kimi səslər eşidilib.
Qeyd edək ki, bunu Telegram kanala hadisə şahidi danışıb. Onun dediynə görə, bu “vızıltı və fışıltı”dan sonra partlayışlar olub.
...Və, deyildiyi kimi, bir neçə yaşayış məntəqəsi su, işıq və rabitəsiz qalıb. İlkin məlumata görə, hazırda beş yarımstansiyada gərginlik yoxdur.
...Mütəxəssislərin zədələri aradan qaldırdıqları deyilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB