Fransanın şimalında Hauts-de-France regionunda daşqınlardan dəymiş ziyan 550 milyon avro olaraq qiymətləndirilir. SİA xəbər verir ki, bu barədə Fransa Dövlət Mərkəzi Təkrar Sığorta Fondunun (CCR) məlumatında deyilir.
Zərərin ən azı 50 %-i (275 milyon avro) dövlət təkrar sığortaçısı kimi CCR tərəfindən ödəniləcək. Fond bu smetaya yenidən baxıla biləcəyini vurğulayıb.
Qeyd edək ki, Fond 1982-ci ildə yaradılıb. Qurum Fransanın bu sahə üzrə şirkətlərinə təbii fəlakətlərə qarşı təkrar sığorta təminatı təklif edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB