Almaniya kansleri Putinə çağırış edib

Almaniya kansleri Putinə çağırış edib

Bu arada Almaniya kansleri Olaf Şolz onlayn keçirilən G20 sammiti zamanı Vladimir Putinə müraciət edərək onu qoşunları Ukraynadan çıxarmağa çağırıb.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, “Sueddeutsche Zeitung” xəbər verir ki, o, bu barədə Berlində İtaliyanın baş naziri Giorgia Meloni ilə birgə mətbuat konfransında danışıb. “...Mən prezident Putini Ukraynaya hücumu dayandırmağa və qoşunları Ukrayna ərazisindən çıxarmağa çağırdım ki, bu müharibə nəhayət başa çatsın”.

Almaniyalı kanslerin sözlərinə görə, G20 liderlərinin görüşü Moskvanın qoşunlarını çıxarmağa razı olduğu təqdirdə Ukraynada sülhün asanlıqla bərpa oluna biləcəyini xatırlatmaq üçün yaxşı fürsətdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə