Moldovada Avropaya İnteqrasiya Bürosu yaranacaq

Moldovada Avropaya İnteqrasiya Bürosu yaranacaq

Bu arada Moldova hökuməti ölkədə Avropaya inteqrasiya ofisinin yaradılmasını təsdiqləyib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə respublika Nazirlər Kabinetinin saytında xəbər verilib.

...Dövlət kansleri nəzdində Avropaya inteqrasiya bürosu yaradılacaq. Müvafiq qərarı Moldova hökuməti təsdiqləyib. Ofisin yaradılması respublikanın Avropa yoluna möhkəm sadiqliyini təsdiq edir və ölkəmizin Avropa İttifaqına daxil olmaq üzrə danışıqların başlanmasına hazırlığının mühüm mərhələsini təşkil edir.

Bunu bildirən mənbə büro rəhbəri vəzifəsinə Moldovanın baş nazirinin müavini və xarici işlər naziri Nika Popeskunun təyin ediləcəyini yazıb.

Mətndə qeyd olunur ki, yeni departamentin əsas vəzifələri milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasını əlaqələndirmək və ölkə əhalisini Avropa İttifaqı və ona qoşulmanın üstünlükləri barədə məlumatlandırmaq olacaq.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə