Üç keçid məntəqəsi hələ ki, bağlıdır...

Üç keçid məntəqəsi hələ ki, bağlıdır...

Polşalı yük daşıyıcıları Polşa sərhədini bağlamağa davam edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Belarusun “Milli Televiziya” telekanalı yayımlama verib.

Telekanalın məlumatına görə, nəqliyyat şirkətlərinin nümayəndələri blokadanı ən azı 2024-cü il fevralın 1-dək davam etdirmək niyyətindədirlər.

Qeyd olunur ki, onlar hazırda üç keçid məntəqəsini bağlayıblar və blokadanı daha bir keçid məntəqəsinə - Medika-Şeqiniyə qədər genişləndirmək niyyətindədirlər. Maraqlıdır ki, etiraz liderlərindən biri yaxınlarda fermerlərin də onlara qoşulacağını deyib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə