Rusiya Aerokosmik Qüvvələri ən son “Su-34” qırıcı-bombardmançılarının partiyasını alıb.
SİA-nın əldə etdiyi məlumata görə, təyyarələr Çkalov adına Novosibirsk Aviasiya Zavodunda istehsal edilib.
Təyyarələr artıq uçuş sınaqlarından tam şəkildə keçirilib. Modernləşdirilmiş “Su-34”-lər ən qabaqcıl silah növləri ilə işləməyə qadirdir ki, bu da onlara hədəfləri vurma məsafəsini və dəqiqliyini artırmaq imkanı verir.
Xatırladaq ki, bir müddət bundan əvvəl “5-tv.ru” Rusiya Aerokosmik Qüvvələrinə dünyanın ən ağır seriyalı “Mi-26T2V” də daxil olmaqla yeni helikopterlər aldığını yazmışdı. Qeyd edək ki, bu, 20 ton yük daşıyan ağır, geniş gövdəli nəqliyyat vasitəsidir. İnteqrasiya edilmiş avionika dəsti sayəsində vertolyot günün istənilən vaxtında idarə oluna, marşrut üzrə avtomatik uçuş həyata keçirə, həmçinin əvvəlcədən müəyyən edilmiş nöqtəyə çataraq eniş edə bilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB