Qışda Ukrayna cəbhəsində vəziyyət çox çətin olacaq. Hərbçilər ciddi silah çatışmazlığına hazırlaşır. Onlar artıq sursat qıtlığı yaşayırlar.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Times” yazır.
Nəşr hərbçilərə istinadən yazır ki, onlar sursat çatışmazlığını kamikadze dronlarla doldurmağa çalışırlar. Qışda Liman yaxınlığında çətin qarşıdurma gözlənilir. Yaxın aylarda Rusiyanın atəş gücünə tab gətirmək qabiliyyətinə dair bu sahədə narahatlıq artır.
Qeyd edək ki, İsraildə müharibə başlayandan sonra ABŞ-dan 155 mm-lik döyüş sursatının tədarükü səngiyib.
“…Ümid edirəm ki, İsrail yaxın gələcəkdə üzərinə düşən vəzifəni yerinə yetirə biləcək. Kifayət qədər sursat almadığımız üçün vəziyyətimiz ağırdır. Biz atıcı silahlarla yaxşı örtülmüşük, amma həqiqətən artilleriya mərmilərinə, partlayıcı maddələrə, tank əleyhinə silahlara və minalara ehtiyacımız var”.
Bunu deyən Ukraynalı hərbçi əlavə edib ki, bu, ciddi problemə çevrilir və Ukrayna daha əvvəl döyüş sursatı istehsal etməli idi, çünki müharibə 2014-cü ildən davam edir. “Biz sadəcə olaraq xarici müttəfiqlərimizin köməyinə arxalana bilmərik, çünki müttəfiqlərimiz azalır”.
Dediyimiz kimi, Ukraynalı hərbçi deyib bunu…
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB