Ukrayna Silahlı Qüvvələri Rusiyanın 810-cu dəniz piyada briqadasına zərbə endirdiyini təsdiqləyib. Hücumun tarixi və yeri barədə məlumat verilməsə də, briqadanın Artilleriya Gününü qeyd etdiyi vaxt baş verdiyi bildirilib.
SİA-nın əldə etdiyi məlumata görə, Artilleriya Günü Rusiyada 19 noyabrda qeyd olunur.
Beləliklə, Rusiya tərəfinin bildirdiyinə görə, zərbə zamanı hərbi heyət Rusiya Artilleriya Günü adlanan günü qeyd etmək üçün toplaşıblar. Ukrayna Müdafiə Qüvvələri Rusiyanın bayram tədbirlərinin yerini dərhal müəyyən edib və onlara zərbələr endirib.
Rusiya Müdafiə Nazirliyi zərbə ilə bağlı rəsmi məlumat verməyib. Bununla belə, həm Rusiya, həm də Ukrayna mətbuatı noyabrın 19-da bölmənin atəşə tutulması barədə yazıb. Hücumun bayram konsertinin keçirildiyi binaya törədildiyi vurğulanıb. Ehtimallara görə, 25-ə yaxın hərbçi həlak olub(...amma Ukrayna tərəfi çox deyirdi-A.B.).
Qeyd edək ki, Rusiyanın “RİA Novosti” dövlət agentliyi də Donetsk vilayətinin Kumaçovo kəndində konsertdə iştirak edən sənətçi Polina Menşixin ölümü ilə bağlı yazıb.
Yeri gəlmişkən, noyabrın 21-də Ukrayna Silahlı Qüvvələrinin 59-cu briqadasının hava-kəşfiyyat bölməsinin komandiri Robert Brovdi bu zərbə ilə bağlı Facebook-da yazıb və bunu noyabrın 4-də rusların 128-ci bölmənin yerləşdiyi ərazini atəşə tutmasına cavab tədbiri adlandırıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB