Terror hücumlarından qorunmaq üçün əlavə 3 milyon dollar...

Terror hücumlarından qorunmaq üçün əlavə 3 milyon dollar...

Nyu-York ştatının hakimiyyət orqanları İsraillə islamçı HƏMAS qruplaşması arasında münaqişənin kəskinləşməsi ilə əlaqədar terror hücumlarından qorunmaq üçün əlavə 3 milyon dollar vəsait ayıracaq.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Nyu-York ştatının qubernatoru Keti Hoçulun saytında dərc olunmuş bəyanatda bildirilir.

...Vəsaitlər ilk növbədə təhsil müəssisələrində yaranan təhlükələrin müəyyən edilməsinə yönəldiləcək. Ehtimal olunur ki, əsas təhlükə antisemitizm və islamofobiyaya əsaslanan nifrətin təbliğidir.

Yeri gəlmişkən, bir müddət bundan əvvəl yüzlərlə insan Nyu-Yorkun mərkəzində Qəzza zolağında atəşkəsə dəstək aksiyasına toplaşmışdı. Onlardan bəziləri “The New York Times” qəzetinin redaksiyasının yerləşdiyi binaya daxil olublar.

Əvvəlcə nümayişçilər Manhettendə küçələrdən birinin yoluna çıxaraq “Azad Fələstinə” şüarları səsləndiriblər. Bir çox etirazçı əllərində “Fələstin soyqırımını dayandırın” və “Fələstinliləri azad edin” şüarları qaldırıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə