Prezident Ərdoğan G20-nin onlayn sammitində çıxış edib

Prezident Rəcəb Tayyib Ərdoğan “İşğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzzada baş verən faciə indi bəşəriyyətin tolerantlıq həddini aşıb” deyib
Prezident Ərdoğan G20-nin onlayn sammitində çıxış edib

“İşğal olunmuş Fələstin ərazilərində, xüsusilə Qəzzada baş verən faciə indi bəşəriyyətin tolerantlıq həddini aşıb”.

SİA-nın əldə etdiyi məlumata görə, bunu Prezident Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə G20 Liderlər Zirvəsinə qatılıb.

Prezident Ərdoğan Türkiye olaraq qurulacaq yeni təhlükəsizlik əsaslarında qarantlıq da daxil olmaqla, digər ölkələrlə birlikdə məsuliyyət daşımağa hazır olduqlarını bildirib.

"(İsrailin Qəzzaya hücumları) Öz vicdanına əlini qoyan hər kəsin qəbul edəcəyi kimi, bu hadisələrin heç biri özünümüdafiə hüququ ilə izah edilə bilməz", dövlət başçısı deyib.

Dövlət başçısı "Burada açıq-aşkar müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törədilir. (G20 liderlərinə) Sizi iki dövlətli həllin yaradılmasında təşəbbüs göstərməyə çağırıram" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə