100 mindən çox ukraynalı hərbçi xaricdə təlim keçib

100 mindən çox ukraynalı hərbçi xaricdə təlim keçib

100 mindən çox ukraynalı hərbçi Ukraynanın 30-dan çox tərəfdaş ölkəsində təlim keçib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı, noyabrın 21-də keçirdiyi brifinqdə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Aleksandr Kirilenko bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinə təlim keçirən müttəfiqlər koalisiyasına 32 ölkə daxildir.

Baş Qərargahın Doktrina və Təlim Baş İdarəsinin rəisi Aleksey Taran əlavə edib ki, təlim sistemi dörd prioritetdən ibarətdir.

Belə ki, mülki işə qəbul olunanlar 35 günlük əsas təlim alırlar. Təcrübəli hərbi qulluqçular üçün - müasir komandirlərin hazırlanması və silah eləcə də hərbi texnikanın xarici modelləri üzrə peşəkar təlim...

Müxtəlif səviyyələrdə və qərargahlarda olan bölmələrin, ilk növbədə, hücum əməliyyatlarının aparılması üçün kollektiv hazırlığı da həyata keçirilir.

Noyabrda Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps bildirmişdi ki, Böyük Britaniya 30 min Ukrayna əsgərinin təlimini başa vuraraq, hədəfinə vaxtından yeddi həftə əvvəl nail olub.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə