Krımda Saki İstilik Elektrik Stansiyası yanır

Ukrayna tərəfdarlarının dediyi kimi...müvəqqəti olaraq işğal olunmuş Krımın sakinləri noyabrın 21-i axşam saatlarında bütün Saki şəhərini istiliklə təmin edən Saki İstilik Elektrik Stansiyasında yanğın barədə məlumat veriblər.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Crimean Wind” Telegram kanalı yayıb.

Yevpatoriya və Sakidə güclü partlayış səsləri eşidilib. Sosial şəbəkədə Saki İstilik Elektrik Stansiyasında baş verən yanğının şahidlərindən birinin fotosu da nümayiş etdirilib.

“Yevpatoriya və Sakdan olan abunəçilər güclü partlayışlar barədə məlumat verirlər. Bu da yəqin ki, yanan Səki İstilik Elektrik Stansiyasıdır”, - mesajda deyilir.

Qeyd edək ki, hələlik bu məsələ ilə bağlı rəsmi məlumat yoxdur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə