Bu ölkə də İsraillə diplomatik əlaqələrin kəsilməsinə səs verib

Bu ölkə də İsraillə diplomatik əlaqələrin kəsilməsinə səs verib

Cənubi Afrika Parlamenti İsraillə diplomatik münasibətləri kəsmək təklifini dəstəkləyib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS ENCA telekanalına istinadən xəbər verir.

Telekanalın məlumatına görə, Milli Assambleyanın (aşağı palata) 400 deputatından 248-i diplomatik münasibətlərin kəsilməsi və İsrail səfirliyinin bağlanması təklifinin lehinə, 91-i isə əleyhinə səs verib.

Parlament bildirib ki, İsrail Fələstinin HƏMAS hərəkatı ilə atəşkəsə razılaşana və BMT-nin vasitəçiliyi ilə aparılan danışıqlarda iştirak edənə qədər bu tədbirlər qüvvədə qalacaq.

Xatırladaq ki, noyabrın əvvəlində Cənubi Afrika hökuməti İsrail ordusunun Qəzza zolağında davam edən hərbi əməliyyatı fonunda məsləhətləşmələr üçün İsraildən diplomatlarını geri çəkmək qərarını açıqlamışdı.

İsrail hakimiyyəti Cənubi Afrikanın bu addımını “HƏMAS üçün qələbə” adlandırıb və ölkənin özünümüdafiə hüququna hörmət edilməsini tələb edib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə