Avropa Parlamenti Kiyevdə ofis açmaq qərarına gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “Euractiv” xəbər yayıb.
“Avropa Parlamenti Avropa Parlamenti Ofisinin sənədinə əsasən, Ukrayna hökumətinin yüksək vəzifəli rəsmilərinin tələbi ilə Ukrayna parlamentinə dəstəyi gücləndirmək üçün Avropa Parlamenti Ukraynada ofis açmağa razılaşıb”, - materialda deyilir.
Beləliklə, bazar ertəsi axşam təsdiqlənən qərar Ukrayna parlamenti ilə münasibətləri, xüsusən də onun Avropa Parlamentinin müvafiq komitələri ilə kommunikasiyasını eləcə də inzibati işləri asanlaşdırmaq məqsədi daşıyır.
Qeyd edək ki, Avropa Parlamentində hər bir üzv dövlət üçün əlaqə bürosu fəaliyyət göstərir ki, bu da parlamentə maraqlı tərəflərlə ünsiyyət qurmaq, tədbirlər təşkil etmək və yerli media ilə əlaqələri saxlamaq kimi üzv dövlətlərlə işləməkdə kömək edir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB