Qəzza zolağında 47 mindən çox insan həlak olub və ya yaralanıb

Qəzza zolağında 47 mindən çox insan həlak olub və ya yaralanıb

İsrail Müdafiə Qüvvələrinin bombardmanları nəticəsində Qəzza zolağında ölən mülki vətəndaşların sayı 14 mindən çox olub.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “Al Hadath” telekanalı anklav hökumətinin bəyanatına istinadən yayıb.

Telekanalın məlumatına görə, Qəzza zolağında artıq 5840 uşaq və 3920 qadın dünyasını dəyişib. Ümumilikdə Qəzza zolağında 14 128 fələstinli həlak olub, ən azı 33 min nəfər müxtəlif dərəcəli ağırlıqda yaralanıb. Ümumilikdə, İsrail Müdafiə Qüvvələrinin atəşi nəticəsində 47 mindən çox insan həlak olub və ya yaralanıb.

Son 24 saat ərzində İsrailin hücumları nəticəsində ölən və yaralananların sayı 3 min nəfər artıb. Qəzza zolağı hökumətinin məlumatına görə, dünən dinc əhali arasında itkilər 13,3 min nəfərə çatıb, 31 mindən çox insan yaralanıb.

Bundan əvvəl Fələstinli qaçqınlar üçün Nuseyrat düşərgəsinin İsrail Müdafiə Qüvvələri tərəfindən atəşə tutulması ilə bağlı məlumat yayılıb.

Hücum nəticəsində ən azı 17 nəfərin öldüyü bildirilir.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə