Gürcüstanın hakim siyasi partiyası “Gürcü arzusu”, Mixail Saakaşvili bütün bu illər ərzində öz sağlamlığını saxtalaşdırdığını, yəni “özünü bicliyə” vurduğunu bildirib. Partiya səlahiyyətliləri qeyd ediblər ki, bununla keçmiş dövlət başçısı öz reputasiyasına xələl gətirib.
SİA-nın əldə etdiyi məlumata görə, Gürcüstanın hakim partiyasının sədri hesab edir ki, ölkənin keçmiş prezidenti Mixail Saakaşvili iki ildir ki, səhhəti ilə bağlı məsələlərdə saxtakarlıq edir.
“...O, iki il özünü xəstəliyə vurdu və bununla axırda öz reputasiyasına xələl gətirdi. Əminəm ki, hətta tərəfdarları arasında da onun reputasiyası ləkələnib. Öz tərəfdarın baxıb görəndə ki, sən saxtakarlıq edirsən, belə bir vaxtda onun siyasi imicini saxlamaq mümkün deyil”.
Qeyd edək ki, bunu deyən hakim partiya səlahiyyətlisi İrakli Kobaxidze, sabiq dövlət başçısı Mixail Saakaşvilinin siyasətə mümkün qayıdışının uğursuzluğa məhkum olduğunu deyib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB