Yandırılmış "T-72"-nin nümayişinə görə Finlandiyaya etiraz notası göndərilib
Rusiya səfirliyi ölkə parlamenti qarşısında yandırılmış “T-72” tankının nümayişi ilə bağlı Finlandiya Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri RİA Novosti diplomatik missiyaya istinadən yayıb.
Qeyd edək ki, keçmiş aksiyadan qəzəblənən Helsinki sakinləri indi həlak olan rus əsgərlərinin xatirəsini yad etmək üçün tanka “çiçəklər və şamlar” gətirirlər.
Xatırladaq ki, ötən həftə Helsinkidə Finlandiya parlamenti ilə üzbəüz meydanda ukraynayönlü ictimai təşkilatlar Estoniyadan gətirilmiş yanmış “T-72” tankının nümayişini keçirmişdilər.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB