Putin Yaroslavl satanistlərindən birini əfv edib

Putin Yaroslavl satanistlərindən birini əfv edib

Yaroslavl satanistləri adlandırılan dəstənin üzvlərindən biri Nikolay Oqolobyak Ukraynadakı müharibədə iştirak etdikdən sonra Rusiya prezidenti Vladimir Putin tərəfindən əfv edilib. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə çərşənbə axşamı “76.ru” nəşri məhkumun atasına istinadən yazıb.

Qeyd edək ki, 33 yaşlı Nikolay Oqolobyak 2030-cu ilə qədər həbsdə olmalı idi. Lakin o, hazırda evdədir. Atasının sözlərinə görə, oğlu, altı ay Ukraynada “Storm Z” dəstəsində xidmət edib və ağır yaralanıb, bundan sonra noyabrın 2-də evə qayıdıb.

Yenə də atasının dediyinə görə, hələ ki, işləmir, müalicə olunur.

Amma çətin ki, onu yenidən xüsusi hərbi əməliyyata aparsınlar.

Qeyd edək ki, ata Oqolobyak, oğlunun anası ilə Yaroslavlın Dzerjinski rayonunda yaşadığını bildirib. Onun dediyinə görə, Nikolayın anası ilə boşanıb.
O da qeyd edilir ki, ailə on beş il əvvəl baş vermiş hadisələri xatırlamamağa çalışır..?

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə