Nigeriyada 4 ildə 650 min uşaq evlərini tərk edib

Nigeriyada 4 ildə 650 min uşaq evlərini tərk edib

Nigeriyada 4 ildə 650 min uşaq güclü yağışların səbəb olduğu daşqınlar səbəbindən evlərini tərk edib.

Beynəlxalq Uşaq Fondunun (UNICEF) Kaduna Ştat Sahə Ofisi rəhbəri Gerida Birukila, "Ümumdünya Uşaq Hüquqları Günü" ilə bağlı verdiyi açıqlamada Nigeriyanın uşaqların məruz qalması və iqlim dəyişikliyinin təsirlərinə həssaslığı baxımından dünyada ikinci ən pis ölkə olduğunu bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, Birukila ölkədə 2016-2021-ci illər arasında 650 min uşağın daşqınlar səbəbiylə evlərindən didərgin düşdüyünü, 30 ildə çay daşqınları səbəbiylə 3,1 milyondan çox uşağın evlərini tərk edə biləcəyini qeyd edib.

Birukila vurğulayıb ki, ətraf mühitin deqradasiyası və iqlim dəyişikliyi qidaya çıxışa təsir göstərir və qida çatışmazlığına səbəb olur.

Bütün xəbərlər Facebook səhifəmizdə