''Qəzza zolağının şimalındakı bütün xəstəxanalar fəaliyyətini dayandırdı''
Qəzzadakı Səhiyyə Nazirliyi Qəzza zolağının şimalındakı bütün xəstəxanaların fəaliyyətini dayandırdığını və mühasirə altında olan İndoneziya xəstəxanasında olanların təxliyəsi üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) ilə koordinasiyada hərəkət etdiklərini açıqlayıb.
SİA-nın əldə etdiyi məlumata görə, Nazirliyin sözçüsü Əşrəf əl-Kudra mühasirə altında olan İndoneziya xəstəxanasında 2600 nəfərin olduğunu bildirib.
Kudra dünən xəstəxanadan çox sayda insanın qaçdığını, lakin İsrail qüvvələrinin bu insanları birbaşa hədəf aldığını və öldürdüyünü bildirib.
Kudra qeyd edib ki, dünən Beynəlxalq Qızıl Xaç Təşkilatı ilə koordinasiya nəticəsində 100-dən çox yaralı İndoneziya xəstəxanasından Qəzzanın cənubuna köçürülüb.
Kudra Qəzza zolağının şimalındakı bütün xəstəxanaların fəaliyyətini dayandırdığını, İsrail qüvvələrinin bu bölgədəki yeganə dializ mərkəzi olan Nura əl-Kabi Tibb Mərkəzini mühasirəyə aldığını bildirib.
Qəzza şəhərinin qərbindəki Şifa xəstəxanası haqqında məlumat verən Kudra xəstəxanada hələ də 259 yaralının və çox sayda adamın olduğunu qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB