Rusiya Federasiyası bir saat yarım ərzində Xerson vilayətinə 25 hava bombası atıb

Çərşənbə axşamı, noyabrın 21-i günortadan sonra Rusiya Xerson bölgəsinə 25 idarə olunan bomba atıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RBC-Ukrayna Xerson Vilayət Dövlət Administrasiyasının rəhbəri Aleksandr Prokudinə istinadən xəbər yayıb.

Onun sözlərinə görə, bombalar saat 11:20-13:00 arasında atılıb. Düşmən onları Berislavski və Kaxovski rayonlarının yaşayış məntəqələrinə atıb.

Hücum nəticəsində, ilkin məlumatlara görə, iki nəfər yaralanıb.

Berislavda 74 yaşlı kişi, Novoberislavda isə 54 yaşlı yerli sakin yaralanıb.

Onlara tibbi yardım göstərilir.
Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə