Avropa İttifaqı rus diplomatlarının ittifaq ərazisində hərəkətinin məhdudlaşdırılmasını təklif edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “The Financial Times” yayıb.
Nəşrin məlumatına görə, Çexiya bu təkliflə 12-ci sanksiyalar paketinin müzakirəsi çərçivəsində çıxış edib. Tədbirlərin kəşfiyyat orqanlarının diplomatik pərdə altında fəaliyyət göstərməsini çətinləşdirəcəyi gözlənilir.
Çexiya Rusiya diplomatlarına digər Şengen ölkələrinə yox, yalnız ev sahibi ölkə daxilində səyahət etməyə icazə verəcək vizaların verilməsini təklif edir. Həmçinin, saxta sənədlərlə əlaqələndirilməsi və ya saxtalaşdırılmasının daha çətin olduğu iddia edilən yalnız biometrik pasportların qəbulu təklif edilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB