Yeni prezident dövlət mediasını satmaq qərarına gəlib

Bir gün əvvəl seçkilərdə qalib gələn Argentinanın yeni prezidenti Xavyer Miley dövlətə məxsus “Telam” xəbər agentliyini, “TV Publica” telekanalını və “Radio Nacional” radiostansiyasını özəl şəxslərə satmaq niyyətində olduğunu bildirib.

...Mən Təbliğat Nazirliyinin praktikasına əməl etmirəm. Biz hesab edirik ki, “TV Publica” təbliğat maşınına çevrilib” deyən o, kanalın daha çox onun “Azadlıq gəlir” alyansı haqqında mənfi mənada danışdığını qeyd edib.

“Özəl sektorun əlində nə varsa, özəl sektorun əlində olacaq”.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu da yeni prezident bəyan edib.

Yeri gəlmişkən, Miley əvvəllər Mərkəzi Bankı dağıtmaqla, dollara keçməklə, Çin, Braziliya və Rusiya Federasiyasındakı “kommunistlər”lə əlaqələri kəsməklə və Argentinanın BRİKS-ə qoşulmaq üçün müraciətini geri götürməklə hədələyib.

...Və o, özünü “azadlığın, sülhün və demokratiyanın müdafiəçisi” adlandırıb.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə