ABŞ-ın müdafiə naziri Lloyd Ostin noyabrın 20-də Kiyevə səfəri zamanı Ukraynanın müdafiə naziri Rustem Umerov ilə görüşüb.
SİA-nın əldə etdiyi məlumata görə, Ostin bu barədə sosial şəbəkədə məlumat verib.
“Ukraynanın əks-hücum əməliyyatları və gələcək hərbi ehtiyaclarını müzakirə etmək üçün həmkarım Rustem Umerov ilə Kiyevdə görüşmək çox xoş idi. Biz bu gün və uzunmüddətli perspektivdə Ukrayna xalqını dəstəkləyirik”, - Ostin vurğulayıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə