...Noyabrın 21-də “Lelo” partiyası parlamentin müzakirəsinə “Gürcüstanı Müdafiə Aktı”nı – ölkənin maraqlarının müdafiəsini təmin edəcək doqquz bəndlik planı təqdim etmək niyyətindədir.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri “SOVA” yayıb.
...Bu gün Gürcüstanda böhran var, biz ölkəmizi itiririk, çünki dövlətimizin vətəndaşları qiymətlərin baha olması səbəbindən artıq ailələrini dolandıra bilmirlər, onlar iş tapa bilmirlər deyə buna görə də ölkəni tərk edirlər, lakin ən çox biz ölkəmizi itiririk, çünki Gürcüstan hökuməti işğalçı ölkənin-Rusiyanın vətəndaşlarına rahat qucaq açır və Rusiyaya xidmət edir. Amma əslində hökumət Gürcüstana və gürcü xalqına xidmət etməlidir.
Qeyd edək ki, bunu deyən partiya lideri Mamuka Xazaradze “Gürcüstanı Müdafiə Aktı”nın 9 bəndini sadalayıb.
Partiya sədri, ölkədə Rusiya vətəndaşları üçün viza qaydalarının yaradılmasını, əmək bazarının qorunmasını, torpaq satışının məhdudlaşdırılmasını, Rusiya dövlət nömrə nişanlı avtomobillərə qadağanı, Rusiya şirkətləri üçün dövlət tenderlərində iştirak qadağasını, Rusiya biznesi üçün işğal rüsumunun müəyyən edilməsini, uçuş qadağasını, Rusiya telekanallarının yayımına və bu ölkənin fondlarına qadağa qoyulmasını təklif edəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə