Separatçı terror təşkilatı PKK/KCK-nın dırnaqarası liderlərindən biri olan ''Ciyan Mardin'' lbli Gülsüme Doğan İraqın şimalında zərərsizləşdirilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında separatçı terror təşkilatı PKK/KCK-ya qarşı əməliyyatlarını davam etdirir.
Milli Kəşfiyyat Təşkilatı İraqın Süleymaniyyə şəhəri və ətraf şəhərlərdə PKK/KCK-nın qondarma lideri kimi fəaliyyət göstərən ''Ciyan Mardin'' ləqəbli Gülsüme Doğanı zərərsizləşdirib.
Terrorçu Doğanın aldığı təlimatlar istiqamətində bölgə xalqından vergi adı altında zorla pul tələb etdiyi, toplanan pulları təhlükəsizlik qüvvələrinə qarşı hücum fəaliyyətlərində istifadə etdiyi və təşkilata maddi-texniki dəstək verdiyi müəyyən edilib.
Terrorçunun azyaşlı uşaqları təşkilatın sıralarına qoşulmağa təşviq etdiyi də müəyyən edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə