Aparıb uşağın cinsini dəyişə bilərlər, ona görə də...

Rusiya Federasiyasının Dövlət Duması cinsiyyətinin dəyişdirilməsi prosedurlarına icazə verən ölkələrin vətəndaşları tərəfindən rusiyalı uşaqların övladlığa götürülməsini qadağan edən qanun layihəsi hazırlayıb. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dövlət Dumasının Təhlükəsizlik Komitəsinin rəhbəri Vasili Piskarev danışıb.

Deputat bildirib ki, rusiyalı uşaqlar, onun fikrincə, bioloji ata və ananın olduğu normal ailədə yaşamalıdırlar.

Piskarev hesab edir ki, övladlığa götürmə qadağası əsaslandırılmış tədbirdir, çünki övladlığa götürülən uşağa valideynlərdən biri cinsini dəyişərsə, sonradan eyni cinsli ailədə qalmayacağına zəmanət vermək olmaz.
Xatırladaq ki, iyul ayında analoji təşəbbüslə Ailə, Analıq və Uşağın Mühafizəsi üzrə Patriarxal Komissiyası çıxış edib. Rus Pravoslav Kilsəsi daha sonra bildirdi ki, cinsin dəyişdirilməsi "insan təbiətinə şikəst bir müdaxilədir", buna görə də Rusiya hakimiyyəti "uşaqların, xüsusən də sosial cəhətdən ən həssas olanların - yetimlərin maraqlarını rəhbər tutmağa borcludur".

İyulun sonunda Vladimir Putin Rusiyada cinsiyyətin dəyişdirilməsini qadağan edən qanun imzalayıb. Transgender keçidinin bir hissəsi olaraq cərrahiyyə və hormonal terapiya qadağandır. Onlara yalnız “uşaqlarda cinsi formalaşmanın anadangəlmə fizioloji anomaliyalarının müalicəsi” üçün icazə veriləcək. Bundan əlavə, keçid xaricdə baş versə belə, Rusiya sənədlərində gender markerini dəyişdirmək qadağandır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə