100-dən çox sərnişin daşıyan tur gəmisi batıb

100-dən çox sərnişin daşıyan tur gəmisi batıb

Karib dənizində 100-dən çox adamı daşıyan tur gəmisi sərnişinləri ilə birlikdə batarkən, gəminin batdığı anın görüntüləri ortaya çıxıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Baham adalarının Cənnət adasından "Blue Lagoon" adasına turistləri daşıyan özəl tur gəmisi noyabrın 14-də göyərtəsində yüzdən çox sərnişinlə devrilib.

Kobud dalğalarla qarşılaşan qayıq su almağa başlayıb və nəticədə Karib dənizində yoxa çıxıb. "TikTok" istifadəçisi gəminin batdığı anın görüntüsünü paylaşıb. İstifadəçi paylaşımında qeyd edib: "Gəmimiz "Blue Lagoon"a gedən yolda devrildi. Bu, tamamilə travmatik faciə idi. Aşağı mərtəbədə idik və demək olar ki, şaquli vəziyyətdə olanda pəncərədən dırmaşmalı olduq. Ailəmi, körpələr, uşaqlar və yaşlılar batmadan xilas etməyə çalışmaq çox qorxulu idi".

Bütün xəbərlər Facebook səhifəmizdə