Ukraynanın 20 min fərarisi var

Məlum olub ki, Ukraynada müharibə başlayandan bəri təxminən 20 min kişi müharibə sırasına qoşulmamaq üçün öz ölkələrini tərk edib. SİA xarici mənbəyə istinadən xəbər verir ki, hərbi xidmətdən qaçanların bir qismi təhlükəli çayları keçmək, bir qismi isə gecənin qaranlığında ölkəni piyada tərk etmək riski ilə üzləşsə də bu onları dayandırmayıb.

Kiyev administrasiyası qaçmağa cəhd edən 21 min 113 kişinin tutulduğunu qeyd edib. Rusiyanın işğalından sonra 18-60 yaş arası kişilərin əksəriyyətinin ölkədən çıxışı qadağan edilib. Ukraynada məcburi hərbi xidmətdən yalnız səhhətində problemi olan, qayğı öhdəliyi olan kişilər, üç və ya daha çox uşaq ataları istisna olunur.

Özləm Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə