Makron Abbas və Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Makron Abbas və Netanyahu ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Fransa prezidenti Emmanuel Makronun Fələstin prezidenti Mahmud Abbas və İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon danışıqlarında Qəzza və İordan çayının qərb sahilindəki vəziyyət müzakirə edilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Makron və Abbasın telefon danışığı zamanı humanitar atəşkəs və İordan çayının qərb sahilindəki vəziyyəti dəyərləndirdikləri bildirilib. Qeyd olunub ki, Makron görüş zamanı İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı zorakılığı pisləyib və İsrail hakimiyyətindən bu vəziyyətə son qoymasını istəyib. Hər iki prezident İordan çayının qərb sahilini zəiflədəcək heç bir şey etməməyin vacibliyi barədə razılığa gəliblər.

Açıqlamada iki liderin fələstinlilərin dövlətə sahib olmaq istəyini qarşılamaq üçün siyasi prosesin yenidən başlaması lazım olduğunu ifadə etdiyi bildirilib. Makron xatırladıb ki, Fransa müharibənin dayandırılmasına və regionda hamı üçün sülh və təhlükəsizliyin bərpasına səbəb olan bütün regional və beynəlxalq səylərə töhfə verib.

Qeyd edilib ki, Makron Netanyahu ilə görüşündə Qəzzada davam edən hücumlar səbəbindən çoxlu sayda mülki itki olduğuna və Qəzzada mülki vətəndaşların qorunması lazım olduğuna diqqət çəkib. Açıqlamada Makronun bölgədə dərhal humanitar atəşkəsin yaradılmasının və bunun daha sonra atəşkəsə çevrilməsinin vacibliyini vurğuladığı bildirilib. Açıqlamada Makronun Netanyahuya İordan çayının qərb sahilində mülki fələstinlilərə qarşı şiddətin artmasından narahat olduğunu və bu vəziyyəti pislədiyini söylədiyi ifadə edilib. Makron Qəzzadakı vəziyyətin bölgəyə sıçramasının qarşısının alınması lazım olduğunu vurğuladığı və Fələstin məsələsinin iki dövlətli həllinin Yaxın Şərqdə sabitliyi təmin edəcəyinə diqqət çəkib. Açıqlamada Makronun Netanyahu ilə Qəzzadakı məhbuslar məsələsini də müzakirə etdiyi, Makronun İsrailin özünü müdafiə etmək hüququ olduğunu dediyi bildirilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə