“X” (keçmiş tviter) sosial şəbəkəsinin sahibi İlon Mask bəşəriyyətə yalnız daha yaxşı və firavan gələcək arzuladığını bildirib. SİA xəbər verir ki, sahibkar ona qarşı irəli sürülən antisemitizm ittihamlarını “saxta hekayələr” adlandırıb.
“Keçən həftə mediada mənim antisemit olduğumu iddia edən yüzlərlə yalan xəbər çıxdı. Heç bir şey həqiqətdən uzaq ola bilməz”, - deyə İlon Mask öz səhifəsində yazıb.
Daha əvvəl Mask sözügedən sosial şəbəkənin istifadəçilərindən birinin “Yəhudi icmaları özlərinə qarşı dayandırmağı tələb etdikləri dialektik nifrəti ağdərililərə qarşı təbliğ edirlər” postuna “Siz doğru deyirsiniz” şərhini yazmışdı.
Bu şərh Ağ Evin də etirazına səbəb olub. Bundan əlavə, 164 ravvin İlon Maskın sözlərinə cavab olaraq böyük korporasiyaları “X” sosial şəbəkəsində reklamı dayandırmağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB