İranın XİN rəhbəri Rusiyaya çağırış edib

İranın XİN rəhbəri Rusiyaya çağırış edib

İran və Rusiyanın xarici işlər nazirləri, Hüseyin Əmir Abdullahian və Sergey Lavrov telefonla Fələstin-İsrail münaqişəsi zonasında baş verən son hadisələri müzakirə ediblər. SİA xəbər verir ki, İranın xarici işlər naziri Hüseyin Əmir Abdullahian rusiyalı həmkarı Sergey Lavrovla söhbətində Moskvanı Yaxın Şərqdə sülhün bərqərar olmasında daha fəal rol oynamağa çağırıb.

Söhbət zamanı nazirlər mülki əhaliyə yardımın göstərilməsinin vacibliyini qeyd ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə