Xəbər verildiyi kimi, Ukrayna Silahlı Qüvvələri Rusiya qüvvələrini Dnepr çayının ələ keçirilən sol sahilində bir neçə kilometr geri atıblar. Və buna görə də rusların minaatan atışları indi sağ sahilə çatmır.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Cənubi Ukrayna Müdafiə Qüvvələrindən Natalya Qumenyuk bazar günü, noyabrın 19-da bildirib.
Budur, Ukrayna prezidenti Vladimir Zelenski Ukrayna hərbçilərinin fotosunu dərc edib - imzasına görə, Xerson vilayətində, Dnepr çayının sol sahilində...
...BBC xəbər verir ki, cümə günü səhər saatlarında Ukrayna hərbçiləri ilk dəfə olaraq şərq sahilində “uğurlu hərəkətlər” və “körpü başlıqları”nın yaradılmasını elan etməyə başlayıblar.
“...Xersonun sol sahili. Bizim döyüşçülər. Gücünüz və irəlilədiyiniz üçün təşəkkür edirik! Ukraynaya azadlıq və ədaləti qaytaran hər kəsə eşq olsun!”.
Qeyd etdiyimiz kimi Zelenski bunu teleqramında yazıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB