Amerika prezidenti Co Baydenin məqaləsini Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini, keçmiş prezident Dmitri Medvedev şərh edib. O, ABŞ liderinin bəyanatlarını “qocalıq cəfəngiyyatı” adlandırıb.
SİA-nın əldə etdiyi məlumata görə, yazı “VKontakte” sosial şəbəkəsində dərc olunub.
Medvedev məqalədə “böyük faciələr və sarsıntılar dünyanı daha təhlükəsiz və ABŞ-ı daha təhlükəsiz edən nəhəng tərəqqiyə gətirib çıxara bilər” deyən Baydendən sitat gətirib.
Rusiya Təhlükəsizlik Şurasının sədr müavininin sözlərinə görə, “bu, hətta Freydin sürüşməsi və ya qeyri-müəyyən qocalıq deliriumu deyil”.
Rusiya Federasiyasının keçmiş prezidentinə görə, bu, Amerika təhlükəsizlik doktrinasının kvintessensiyasıdır.
Yəni pul + qan = yaxşı investisiya.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB