...İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələri hipersonik sürüşmə vasitəsi ilə yeni “Fəttah 2” qanadlı raketini təqdim edib.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə xəbəri İranın İRNA dövlət agentliyi yayıb.
Qeyd edək ki, raket İranın ali dini lideri Ayətullah Əli Xameneinin SEPAH Aerokosmik Qüvvələrinin nailiyyətləri sərgisinə səfəri zamanı təqdim edilib.
“Fəttah-2” hipersəs raketi hipersəs silahlarının HGV və HCM kateqoriyalarına aiddir. Bu tip raket yalnız dörd ölkənin istehsal və istifadə etdiyi ən müasir silahdır.
Onu da qeyd edək ki, oktyabr ayında İranın geostasionar orbitə peyklər çıxarmaq üçün nəzərdə tutulmuş raket hazırlamağa başladığı bildirib. Yeri gəlmişkən, orbitə çıxarılacaq peyk “Sarir” adlanır.
...Sentyabrda İran yeni hərbi peyki Nur-3-ü Yer kürəsinin aşağı orbitinə uğurla çıxarıb. Kosmik gəmi 450 kilometr yüksəklikdə orbitə çıxarılıb.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə